Putin Dağıstanın rəhbəri postuna 3 nəfərin namizədliyini irəli sürüb

Vladimir Putin

© APA | Vladimir Putin

# 20 sentyabr 2021 13:15 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin Dağıstan Respublikasının rəhbəri postuna 3 nəfərin namizədliyini irəli sürüb.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Dağıstanın Xalq Məclisi məlumat yayıb.

“Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Dağıstan Respublikasının rəhbər vəzifəsinə seçilmək üçün Xalq Məclisinə Samir Abdulxalikov, Kamil Davdiyev və hazırda respublikanın rəhbəri vəzifəsini icra edən Sergey Melikovun namizədliyini irəli sürüb”, - deyə məlumatda bildirilib.

Qeyd edək ki, oktyabrın 14-də Dağıstanın parlamenti respublikanın rəhbərini seçəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR