Putin Nazarbayevlə görüşəcək

Vladimir Putin, Nursultan Nazarbayev

© APA | Vladimir Putin, Nursultan Nazarbayev

# 29 iyun 2021 13:32 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin Moskvada Qazaxıstanın birinci Prezidenti-Elbası Nursultan Nazarbayevlə görüşəcək.

APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, iyunun 30-da N. Nazarbayev Rusiyaya işgüzar səfərə gələcək.

V. Putin N. Nazarbayevlə Rusiya-Qazaxıstan strateji tərəfdaşlığı və müttəfiqlik münasibətlərinin gələcək inkişafını, Avrasiya məkanında inteqrasiya proseslərinin irəliləməsini, eləcə də bir sıra aktual beynəlxalq mövzuları müzakirə etməyi planlaşdırırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR