Putin prezident postunda onu kimin əvəzləyəcəyinə münasibət bildirib

Vladimir Putin

© APA | Vladimir Putin

# 30 iyun 2021 15:50 (UTC +04:00)

Rusiya prezidenti Vladimir Putin varisi ilə bağlı sualı cavablandırıb.

APA-nın Moskva müxbirinin xəbərinə görə, “Birbaşa xətt” verilişində Putin dövlət başçısının kim olmasına dair qərarı hər zaman Rusiya vətəndaşlarının verdiyini bildirib.

“Mənim məsuliyyətim Prezident vəzifəsinə namizədlərlə bağlı tövsiyə verməkdən ibarətdir. Vaxt gələcək, kimin bu möhtəşəm ölkəyə rəhbərlik etməyə layiq olduğunu deyə biləcəyəm”, - deyə V. Putin vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR