Putin Rusiya ilə ABŞ arasında məhbus mübadiləsini mümkün hesab edir

Vladimir Putin

© APA | Vladimir Putin

# 14 iyun 2021 16:31 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin ölkəsi ilə ABŞ arasında məhbusların mübadiləsinə baxa biləcəyini bəyan edib.

APA nın Moskva müxbirinin verdiyi məlumata görə, Putin bu barədə ABŞ-ın NBC telekanalına müsahibəsində bildirib.

"Məhbusların mübadiləsinə hazırsızmı" sualına Rusiya Prezidenti belə cavab verib: "Bəli. Əlbəttə. Bilirəm ki, Rusiya həbsxanalarında ABŞ vətəndaşları var. Onlar mühakimə olunublar. Lakin bu, ABŞ həbsxanalarındakı Rusiya vətəndaşlarının sayı ilə müqayisə edilməzdir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR