Putin: “Rusiya ondan nəsə qoparmaq istəyənlərin “dişlərini qıracaq””

Vladimir Putin

© APA | Vladimir Putin

# 20 may 2021 18:29 (UTC +04:00)

“Rusiya mütəmadi olaraq ondan nəsə qoparmaq istəyənlərlə toqquşur. Kim ki, bunu etmək istəsə, Rusiya onun “dişlərini qıracaq””.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

Onun sözlərinə görə, bəziləri Sibirin sərvətlərinin guya ədalətsiz şəkildə yalnız bir ölkəyə məxsus olduğunu açıq şəkildə deməyə cəsarət edir: “Belə şeyləri, xüsusən, açıq şəkildə eşitmək qəribədir, lakin bəzən belə fikirlər səslənir. Onlar hamısı bizdən nəsə qoparmaq istəyir. Amma onlar bilməlidirlər ki, bunu etməyə çalışanların “dişlərini qıracağıq”. Bu, açıq-aydındır. Və bunun zəmanəti bizim Silahlı Qüvvələrimizdir”.

V. Putin vurğulayıb ki, Rusiyanın nəhəng potensialı var.

Rusiya dövlət başçısı diqqətə çatdırıb ki, SSRİ-nin süqutundan sonra da Rusiya böyük bir ölkə kimi qalmaqdadır: “Sovet İttifaqı başqa cür adlansa belə tarixi Rusiya idi. Əlbəttə ideoloji mahiyyəti də fərqli idi. Amma geosiyasi nöqteyi-nəzərdən bu elə tarixi Rusiyadır. Hətta onun üçdə biri itirildikdən sonra belə Rusiya kimlər üçünsə böyük dövlət olaraq qalmaqda davam edir”.

Prezident Rusiyaya qarşı təzyiqlərin bundan sonra da davam edəcəyini istisna etməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR