Putin: "Rusiyada yoxsulluğun səviyyəsini minimuma endirmək lazımdır"

Vladimir Putin

© APA | Vladimir Putin

# 25 sentyabr 2021 18:50 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına keçən partiyaların rəhbərliyi ilə onlayn formatda təşkil olunan görüşdə ölkədə yoxsulluğun səviyyəsini minimuma endirmək lazım olduğunu bildirib.

APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, o, həmçinin səhiyyə və təhsil səviyyəsini yaxşılaşdırmağa çağırıb.

"Ölkədəki yoxsulluğun səviyyəsini minimuma endirmək, xeyli sayda insanı oradan çıxarmaq lazımdır. Gəlirləri az olan ailələrdə uşaqların həyat şəraitini, inkişafını, təhsilini və sadəcə qidalanmasını yaxşılaşdırmaq, hər kəs üçün yüksək keyfiyyətli müasir təhsilin, səhiyyənin səviyyəsini və əlçatanlığını artırmaq, iqtisadiyyatın strukturunda yüksək texnologiyalı sənayelərin xeyirinə dəyişiklikləri davam etdirmək lazımdır", - deyə Putin bildirib.

Rusiya Prezidenti əlavə edib ki, bu, son dərəcə çətin, lakin tam olaraq prioritet bir məsələdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR