Putin: “Rusiyanın QH-da müşahidəçi statusu regional problemlərin həllində yeni imkanlar açır”

Vladimir Putin

© APA | Vladimir Putin

# 11 oktyabr 2021 12:57 (UTC +04:00)

“Qoşulmama Hərəkatı (QH) beynəlxalq məsələlərdə əhəmiyyətli rol oynayır, dövlətlərin bərabərliyi, suverenliyini və qanuni maraqlarına hörmət prinsiplərini ardıcıl şəkildə müdafiə edir. Qoşulmama Hərəkatı BMT Nizamnaməsinə uyğun olaraq konstruktiv çoxtərəfli dialoqun tərəfdarıdır”.

APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, bunu Rusiya Prezidenti Vladimir Putin Qoşulmama Hərəkatının 60 illiyinə həsr olunan yüksək səviyyəli yubiley iclasının iştirakçılarına göndərdiyi təbrik teleqramında deyib.

“Bu gün dünyada vəziyyət daha da qarışdıqda və insanlıq artan təhlükə və çağırışlarla üzləşmək məcburiyyətində qaldıqda, Qoşulmama Hərəkatının müsbət potensialı xüsusilə tələb olunur. Bu nüfuzlu strukturun böhranlı vəziyyətlərin nizamlanması ilə aktiv məşğul olması, daha demokratik və sabit dünya nizamı qurmaq, dünya birliyi üzvləri arasında etimad və qarşılıqlı anlaşmanı gücləndirmək üçün kollektiv səylərə əhəmiyyətli töhfə verməsi vacibdir”, - V. Putin vurğulayıb.

V. Putin Rusiyanın bir müddət əvvəl Qoşulmama Hərəkatında müşahidəçi statusu aldığını da qeyd edib: “Bu, şübhəsiz ki, regional və qlobal gündəmin aktual problemlərinin həllində, bütün dünyada təhlükəsizliyin və davamlı inkişafın təmin edilməsində qarşılıqlı fəaliyyət üçün yeni imkanlar açır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR