Putin Tacikistan Prezidenti ilə Əfqanıstandakı vəziyyəti müzakirə edib

Emomali Rahmon, Vladimir Putin

© APA | Emomali Rahmon, Vladimir Putin

# 22 iyul 2021 18:45 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin və Tacikistan Prezidenti Emomali Rahmon arasında telefon danışığı olub.

APA-nın xəbərinə görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı dövlət başçıları qarşılıqlı əlaqələr və Əfqanıstandakı vəziyyət barədə fikir mübadiləsi aparıblar.

Tərəflər Şanxay Əməkdaşlıq Təşkilatının Sammitinə və bu ilin payızında Düşənbədə keçiriləcək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Təhlükəsizlik Şurasının sessiyasına hazırlıq məsələlərini də müzakirə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR