Putinlə Ərdoğan arasında telefon danışığı olub

Putinlə Ərdoğan arasında telefon danışığı olub

© APA | Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan

# 31 iyul 2021 13:28 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, ölkə liderləri Türkiyənin cənub rayonlarında baş verən meşə yanğınları nəticəsində yaranmış fövqəladə vəziyyət müzakirə ediblər. Rusiya və Türkiyənin bu təbii fəlakətlə mübarizədə əməkdaşlığının vacibliyi qeyd olunub.

V. Putin Rusiyanın Türkiyəyə meşə yanğınlatının söndürülməsində hərtərəfli köməyi davam etdirəcəyini təsdiqləyib. Ərdoğan hərtəfli dəstəyə görə rusiyalı həmkarına təşəkkür edib.

Putin və Ərdoğan telefon danışığı zamanı Rusiya-Türkiyə çoxplanlı əməkdaşlığının aktual mövzularına da ətraflı toxunublar. Bu yaxınlarda baş tutan ikitərəfli hökumətlərarası komissiyanın iclasının yekunlarına müsbət qiymət verilib.

Müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi razılaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR