Qazaxıstanda silah-sursat anbarında partlayışda ölənlərin sayı 12-ə çatıb - YENİLƏNİB - 5

Qazaxıstanda silah-sursat anbarında partlayışda ölənlərin sayı 12-ə çatıb - YENİLƏNİB - 5
# 27 avqust 2021 19:15 (UTC +04:00)

Qazaxıstanda hərbi hissənin anbarında baş vermiş parlayış zamanı ölənlərin sayı artır.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, Qazaxıstan Fövqəladə Hallar Nazirliyi (FHN) ölənlərin sayının 12 nəfərə çatdığını açıqlayıb.

***

13:13

Qazaxıstanda hərbi hissənin anbarında baş vermiş parlayışda ölənlərin sayı artır.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, Qazaxıstan Fövqəladə Hallar Nazirliyi (FHN) ölənlərin sayının 9 nəfərə çatdığını açıqlayıb. Həlak olanlar arasında FHN əməkdaşları da var.

Müdafiə naziri Nurlan Yermekbayev isə baş verən hadisəyə görə istefaya getmək niyyətində olduğunu bildirib.

“Mən Cambul vilayətində silah-sursat anbarında baş verənlər haqqında öyrənəndə artıq özüm üçün qərar vermişəm, istefamı xahiş edəcəm. Qərarı isə ölkə başçısı qəbul edəcək”, - deyə nazir vurğulayıb.

O əlavə edib ki, hazırda əsas məsələ hadisənin nəticələrinin aradan qaldırılmasıdır.

***

09.50

Qazaxıstanın Cambul vilayətində yerləşən hərbi hissədə partlayışda ölənlərin sayı 5-ə çatıb.

APA-nın RİA Novosti-yə istinadən xəbərinə görə, bu barədə Qazaxıstan Müdafiə Nazirliyi məlumat yayıb.

***

08:11

Qazaxıstanın Cambul vilayətində yerləşən hərbi hissədə partlayışdan sonra baş verən yanğının söndürülməsi zamanı 4 nəfər ölüb.

APA xəbər verir ki, bu barədə Qazaxıstanın müdafiə naziri Nurlan Yermekbayev brifinqdə bildirib.

“Təəssüf ki, nəticələrin aradan qaldırılması zamanı 4 hərbçi şəhid oldu”, - deyə nazir vurğulayıb.

Qeyd edək ki, son məlumatlara görə, hadisə zamanı yaralıların sayı 90 nəfərə çatıb. Onlardan 49-nun Fövqəladə Hallar Nazirliyinin əməkdaşları olduğu bildirilir.

Məlumat üçün bildirək ki, partlayışdan əvvəl hərbi hissənin anbarında 500 tondan çox trotil olub.

***

06:48

Qazaxıstanın Cambul rayonundakı hərbi hissədə baş verən partlayış zamanı xəsarət alan 28 nəfər xəstəxanaya yerləşdirilib.

APA TASS-a istinadən xəbər verir ki, onlardan 6-nın vəziyyəti ağırdır.

***

21:48

Qazaxıstanın Cambul rayonunda yerləşən hərbi hissədə baş verən partlayış nəticəsində 60 nəfər yaralanıb.

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərəgörə, ölkənin müdafiə nazirinin müavini Ruslan Şpekbayev hadisənin partlayıcı maddələrin saxlanıldığı mühəndis-istehkam anbarında baş verdiyini deyib.

Anbarda bir neçə güclü partlayışdan sonra meydana gələn yanğının hələ də davam etdiyi bildirilir.

Hadisə ilə əlaqədar yaxınlıqda yerləşən yaşayış məntəqələrinin əhalisi təxliyə edilib, ərazidəki avtomobil yolları və dəmiryolu xətlərindən istifadə məhdudlaşdırılıb.

Qazaxıstan Prezidenti Qasım-Jomard Tokayev “Twitter” hesabında etdiyi paylaşımlarında yaralanaraq xəstəxanaya yerləşdirilənlərdən ən az 30-nun hərbi qulluqçu və fövqəladə hallar işçiləri olduğunu, partlayışın səbəblərinin araşdırıldığını qeyd edib.

***

19:15

Qazaxıstanda hərbi hissənin anbarın yaxınlığında partlayış baş verib.

APA-nın TASS-a istinadən xəbərinə görə, bu barədə Qazaxıstan Müdafiə Nazirliyi məlumat yayıb.

Cambul vilayətinin Bayzak rayonunda yerləşən hərbi hissədə, təxminən saat 19:00 radələrində anbarlardan birinin yaxınlığında yanğın baş verib. Yanğın nəticəsində partlayış yaranıb. Yanğının söndürülməsinə yanğınsöndürmə briqadaları cəlb edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR