Qırğızıstanda güclü sel 6 nəfərin ölümünə səbəb olub

Qırğızıstanda güclü sel 6 nəfərin ölümünə səbəb olub
# 13 iyul 2021 08:43 (UTC +04:00)

Qırğızıstanın Cəlal-Abad bölgəsində dağlıq ərazidə baş verən sel nəticəsində azı altı nəfər ölüb.

APA xəbər verir ki, bu barədə TASS-a ölkənin Fövqəladə Hallar Nazirliyindən bildirilib.

“Aksi bölgəsində güclü sel gəlib, şahidlərin sözlərinə görə, 8 nəfəri sel aparıb”, - deyə nazirliyin sözçüsü bildirib. Onun sözlərinə görə, xilasedicilər altı nəfərin cəsədini tapıblar.

Hazırda axtarışlar davam edir. İtkin düşmüşlərin siyahısında beş yaşlı uşaq da var. Sel iki magistral yolun bir hissəsini və dağ çayı üzərindəki körpünü də yuyaraq aparıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR