Ramzan Kadırov qızını mədəniyyət naziri təyin edib

Ramzan Kadırov, Ayşat Kadırova

© APA | Ramzan Kadırov, Ayşat Kadırova

# 08 oktyabr 2021 18:19 (UTC +04:00)

Çeçenistan Prezidenti Ramzan Kadırov qızını mədəniyyət naziri təyin edib.

APA-nın RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Çeçenistan parlamentinin sədri Maqomed Daudov bildirib.

Onun sözlərinə görə, 22 yaşlı Ayşat Kadırova Çeçenistanın mədəniyyət naziri təyin olunub.

Qeyd edək ki, Ayşat Kadırova 2020-ci ilin sentyabrında Çeçenistan mədəniyyət nazirinin birinci müavini təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR