"Rosstat": Rusiyada COVID-19-dan ölənlərin sayı ən çox bu ilin iyul ayında qeydə alınıb

"Rosstat": Rusiyada COVID-19-dan ölənlərin sayı ən çox bu ilin iyul ayında qeydə alınıb
# 27 avqust 2021 23:56 (UTC +04:00)

Rusiyada bu ilin iyul ayında ölüm hallarına ən çox koronavirusun səbəb olduğu məlum olub.

APA-nın Moskva müxbirinin Dövlət Statistikası üzrə Federal Xidmətə ("Rosstat") istinadən verdiyi məlumata görə, 2021-ci ilin iyul ayında Rusiyada 38 922 nəfər COVID-19 virusundan ölüb.

"Rosstat"ın bu gün yaydığı məlumatda bu ilin iyul ayında daha 4844 ölüm halında koronavirusun ölümün əsas səbəbi olmağı qeyd edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR