Rusiya Arktikada sualtı qayıqların xüsusi təliminə başlayıb

Rusiya Arktikada sualtı qayıqların xüsusi təliminə başlayıb
# 02 iyul 2021 15:09 (UTC +04:00)

Rusiya Arktikada, Barens və Norveç dənizlərində sualtı qayıqlarının silahlarını sınaqdan keçirməsi ilə bağlı xüsusi təlimlərə başlayıb.

APA-nın Rusiya bürosunun xəbərinə görə, bu barədə Rusiyanın Şimal donanması məlumat yayıb.

“Təlimlərdə bir neçə sualtı qayıq, o cümlədən dördüncü nəsil sualtı qayıqların ekipajları iştirak edir. Silahların sınaqları 500 metr dərinlikdə keçirilir”, - deyə məlumatda bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR