Rusiya DİN-in binasındakı yanğın söndürülüb - YENİLƏNİB

Rusiya DİN-in binasındakı yanğın söndürülüb - YENİLƏNİB
# 23 iyun 2021 02:36 (UTC +04:00)

Rusiya Daxili İşlər Nazirliyinin (DİN) Moskvanın Jitnaya küçəsindəki binasında baş vermiş yanğın söndürülüb.

APA xəbər verir ki, bu barədə Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin paytaxt üzrə Baş İdarəsinin mətbuat xidmətindən TASS-a bildirilib.

“Altıncı mərtəbədəki texniki otaqlardan birində tüstüləmə baş verib və tədricən yayılıb. Xəsarət alan yoxdur”, - məlumatda belə deyilir.

TASS təcili yardım xidmətindəki mənbəyə istinadən xəbər verib ki, yanğının sahəsi 10 kv/m olub, yanğın söndürülüb.

Öz növbəsində, DİN soyutma sisteminin həddindən artıq yüklənməsinin server otağında tüstüləməyə səbəb olduğunu açıqlayıb.

***

Saat 23:42

Rusiya Daxili İşlər Nazirliyinin (DİN) Moskvanın Jitnaya küçəsindəki binasının altıncı mərtəbəsində yanğın baş verib, yanğın lokallaşdırılıb.

APA xəbər verir ki, bu barədə TASS-a təcili yardım xidmətindəki mənbə bildirib.

“Altıncı mərtəbədə, Daxili İşlər Nazirliyinin Jitnaya küçəsi, bina 12a ünvanındakı server otağında yanğın baş verib. İnsanlar binadan təxliyə olunub”, - deyə məlumatda qeyd edilib.

Daha sonra yanğının lokallaşdırıldığı, onun sahəsinin araşdırıldığı bildirilib. Binada olan avtomatik yanğın söndürmə sistemi işə salınıb.

Açıq mənbələrdən əldə edilən məlumata görə, binada DİN-in baş inzibati-təsərrüfat və nəqliyyat dəstəyi mərkəzi və müqavilə-hüquq departamenti yerləşir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR