Rusiya Dövlət Dumasına keçiriləcək seçkilərin tarixi açıqlanıb - FƏRMAN

​​​​​​​Rusiya Prezidenti Vladimir Putin

© APA | ​​​​​​​Rusiya Prezidenti Vladimir Putin

# 18 iyun 2021 00:30 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına keçiriləcək seçkilərinin vaxtının təyin edilməsi haqqında fərman imzalayıb.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Fərmanda deyilir:

“Rusiya Federasiyası Federal Məclisinin Dövlət Duması deputatlarının seçilməsi haqqında 22 fevral 2014-cü il tarixli, 20-FZ saylı Federal Qanunun 5-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq qərar alıram:

Rusiya Federasiyası Federal Məclisinin yeni çağırış Dövlət Dumasına millət vəkillərinin seçilməsi 19 sentyabr 2021-ci il tarixinə təyin edilsin”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR