Rusiya Dövlət Dumasına seçkilərin ilkin nəticələri açıqlanıb

Rusiya Dövlət Dumasına seçkilərin ilkin nəticələri açıqlanıb
# 19 sentyabr 2021 22:18 (UTC +04:00)

VIII çağırış Rusiya Dövlət Dumasına seçkilərin ilkin nəticələri açıqlanıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova keçirdiyi mətbuat konfransında bildirib.

O, bütün ölkə üzrə yerli vaxtla saat 20:00-da səsvermənin başa çatdığını, artıq protokolların sayılmasına başladığını söyləyib: "Hal-hazırki məlumatlara görə, bütün ölkə üzrə səsvermə protokollarının 10 faizi sayılıb".

Sayılan protokollara əsasən, hakim Vahid Rusiya Partiyası 38 faiz səslə birinci yerdə gəlir. İkinci yerdə Kommunist Partiyası 21 faiz, liberal demokratlar 9 faizlə müvafiq olaraq ikinci və üçüncü yerdə qərarlaşıblar.

Siyahıda dördüncü yerdə Ədalətli Rusiya - Həqiqət Uğrunda Partiyası qərarlaşıb.

İlkin məlumatlara görə, Yeni insanlar Partiyası da hələlik 5 faizlik baryeri aşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR