Rusiya hərbi bazası Tacikistandakı hərbi maşın parkını yeniləyəcək

Rusiya hərbi bazası Tacikistandakı hərbi maşın parkını yeniləyəcək
# 24 oktyabr 2021 10:39 (UTC +04:00)

Rusiyanın Tacikistandakı 201 -ci hərbi bazası hərbi maşın parkını yeniləyəcək.

APA-nın “RİA Novosti”-yə istinadən məlumatına görə, qərargah rəisi polkovnik Yevgeniy Oxrimenko bu gün jurnalistlərə bildirib ki, ilin sonuna qədər 30 təkmilləşdirilmiş T-72B3M tankı alacaqlar:

“Hazırda hərbi bazanın bölmələrinin müasir hərbi və xüsusi texnika nümunələri ilə yenidən təchiz edilməsi işləri aparılır. İlin sonunadək əvvəlki modifikasiyalı döyüş maşınlarını əvəz etmək üçün təkmilləşdirilmiş döyüş xüsusiyyətlərinə malik 30 müasir T-72B3M tankının alınması planlaşdırılır.”

O bildirib ki, bu yaxınlarda müasir modifikasiyalı BMP-2 piyada döyüş maşınlarının partiyası 201-ci bazanın motoatıcı bölmələrinə daxil olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR