Rusiya Milli Qvardiyasının istifadəsinə yeni “Lebedev” tapançası qəbul edilib

Rusiya Milli Qvardiyasının istifadəsinə yeni “Lebedev” tapançası qəbul edilib
# 24 may 2021 07:12 (UTC +04:00)

“Kalaşnikov” şirkətlər qrupu tərəfindən hazırlanmış “MPL” və “MPL-1” modifikasiyalı ən yeni “Lebedev” modul tapançası Rusiya Federasiyası Milli Qvardiyasının Federal Xidmətinin istifadəsinə verilib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə “Kalaşnikov”un baş direktoru Dmitri Tarasov bildirib.

9 mm patraonlarla təchiz edilmiş “Lebedev” tapançası əsasən xüsusi tapşırıqları yerinə yetirmək üçün nəzərdə tutulub. Yeni modifikasiyanın bir sıra fərqli xüsusiyyətləri var. Tabanca tutacağının forması və bucağı silahın rahat şəkildə əldə tutulmasını təmin edir. Xüsusi ölçülü lülə atəş edərkən daha az təpmə verir ki, bu da istifadəçiyə daha sürətli təkrar atışlar etməyə şərait yaradır.

Silahdan hər iki əllə eyni dərəcədə təsirli atış etmək mümkündür.

Eyni zamanda, silahın üzərinə fənər və lazerlər də quraşdırmaq olur. Bundan başqa, istifadə zamanı silahda neçə güllənin qalması barədə göstərici də var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR