Rusiya prezidenti Trampı parlaq şəxsiyyət adlandırıb

Rusiya Prezidenti Vladimir Putin

© APA | Rusiya Prezidenti Vladimir Putin

# 12 iyun 2021 07:12 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın keçmiş prezidenti Donald Trampı fövqəltəbii insan kimi xarakterizə edib.

APA-xəbər verir ki, Putin bu barədə ABŞ-ın “NBC” telekanalına verdiyi müsahibədə bildirib.

Rusiya lideri Tramp haqqında danışarkən onun eyni zamanda istedadlı və bacarıqlı şəxsiyyət olduğunu deyib: “Donald Tramp bacarıqlı və istedadlı insandır, əks təqdirdə o, ABŞ prezidenti olmazdı. O, parlaq şəxsiyyətdir. Onu bəyənə bilərsiniz və ya əksinə. Tramp əvvəllər böyük siyasətin bir parçası deyildi və bəziləri bunu sevir, bəziləri sevmir, amma bu, həqiqətdir”.

Qeyd edək ki, Putin ABŞ televiziyasına sonuncu dəfə üç il bundan əvvəl müsahibə verib. Onun müsahibəsi geniş formada iyunun 14-də efirdə nümayiş olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR