Rusiya Təhlükəsizlik Şurasının daimi üzvlərinin müşavirəsi keçirilib

Rusiya Təhlükəsizlik Şurasının daimi üzvlərinin müşavirəsi keçirilib
# 14 may 2021 15:40 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putinin rəhbərliyi ilə Təhlükəsizlik Şurasının daimi üzvlərinin müşavirəsi keçirilib.

APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, video-konfrans formatında keçirilən müşavirədə Putin dünyanın aparıcı dövlətlərində milli rəqəmsal valyutaların inkişafı ilə əlaqədar ölkəsinin maraqlarının və Rusiya maliyyə sisteminin təhlükəsizliyinin təmin edilməsindən danışacaqlarını söyləyib: “Bunlar diqqətlə peşəkar düşünməyi tələb edən ciddi məsələlərdir”.

Rusiya Prezidenti müşavirə iştirakçılarına Yaxın Şərqdə, Fələstin-İsrail münaqişəsi və Ukraynada baş verən siyasi proseslərlə bağlı çıxışlardan başlamağı təklif edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR