Rusiya Təhlükəsizlik Şurasının müşavirəsində Əfqanıstandakı vəziyyət müzakirə olunub

Vladimir Putin

© APA | Vladimir Putin

# 27 avqust 2021 15:13 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvlərinin müşavirəsini keçirib.

APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, müşavirədə Əfqanıstandakı vəziyyət müzakirə olunub.

“Sizinlə Əfqanıstanda baş verən hadisələrlə bağlı vəziyyəti müzakirə etməyə, tərəfdaşlarımızla məsləhətləşmələrə və bu təmaslarımız haqqında məlumat mübadiləsinə davam edəcəyik. Diplomatik, hərbi və humanitar sahələrdəki işlər də daxil olmaqla bütün məsələlərdən bəhs edəcəyik”, - deyə Rusiya Prezidenti Təhlükəsizlik Şurasının daimi üzvlərinin müşavirəsinə başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR