Rusiya və ABŞ COVID-19-a qarşı peyvənd sertifikatlarının qarşılıqlı tanınmasını müzakirə ediblər

Rusiyanın səhiyyə naziri Mixail Muraşko

© APA | Rusiyanın səhiyyə naziri Mixail Muraşko

# 02 oktyabr 2021 17:17 (UTC +04:00)

Cenevrədə Rusiya və ABŞ COVID-19-a qarşı peyvənd sertifikatlarının qarşılıqlı tanınması məsələsini müzakirə edib.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın səhiyyə naziri Mixail Muraşko görüşün yekunları ilə bağlı mətbuat brifinqində deyib.

"Onlar arqumentləri dinlədilər, bunun rasional olduğunu başa düşürlər, çünki bazarda satış üçün bir peyvəndin təsdiqlənməsi və bir dərmanın COVID-19 xəstəliyinin qarşısının alınmasında istifadəsinin təsdiqlənməsi fərqli proseslərdir. Düşünürəm ki, həmkarlarımız çox bacarıqlı, məlumatlıdırlar, onlar bizim fikirlərimizi qiymətləndirəcəklər və biz bu müzakirələrə qayıdacağıq", -deyə nazir qeyd edib.

Nazir müzakirələrin yalnız peyvəndlərin tanınması ilə bağlı deyil, həmçinin sertifikatlarla, profilaktik tədbirlərin effektivliyi ilə əlaqədar olduğunu deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR