Rusiya və Çin liderləri videokonfrans formatında görüşüb

Rusiya və Çin liderləri videokonfrans formatında görüşüb
# 28 iyun 2021 15:25 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının Sədri Si Tsinpin arasında videokonfrans formatında görüş keçirilib.

APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüş Rusiya ilə Çin arasında mehriban qonşuluq, dostluq və əməkdaşlıq haqqında Müqavilənin imzalanmasının 20 illiyinə həsr olunub.

Dövlət başçıları bir-birilərini qarşılıqlı təbrik edərək iki ölkə arasında hazırkı vəziyyəti və strateji tərəfdaşlığın inkişaf perpektivlərini qiymətləndiriblər.

V. Putin və S. Tsinpin ikitərəfli və beynəlxalq gündəmdə duran aktual məsələləri də müzakirə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR