Rusiya və İran XİN rəhbərləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə edəcək

Hüseyin Əmir Abdullahian, Sergey Lavrov

© APA | Hüseyin Əmir Abdullahian, Sergey Lavrov

# 04 oktyabr 2021 17:04 (UTC +04:00)

Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Hüseyin Əmir Abdullahianla görüşəcək.

APA-nın xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb.

Görüş oktyabrın 6-da Moskvada baş tutacaq.

“Bir çox beynəlxalq mövzularda Rusiya və İranın mövqeləri yaxındır və ya üst-üstə düşür. Nazirlər İranın nüvə proqramı ilə bağlı Hərtərəfli Birgə Fəaliyyət Planı ətrafında yaranmış vəziyyətə xüsusi diqqət yetirəcəklər.

Əfqanıstandakı vəziyyət, terror və narkotik təhdidlərinin aradan qaldırılması, habelə bu ölkənin münaqişədən sonra yenidən qurulmasına beynəlxalq yardım da daxil olmaqla, ortaya çıxan problemlərə effektiv cavab verilməsi əsaslı şəkildə müzakirə olunacaq”, - qeyd olunub.

Rusiya XİN-dən bildirib ki, müzakirələrdə Suriya nizamlanmasına da toxunulacaq: “Dialoq zamanı XİN rəhbərləri Xəzər dənizində, Cənubi Qafqazda, Fars körfəzi zonasında, Yəməndə, Livanda və Yaxın Şərqdəki vəziyyət də daxil olmaqla, regional gündəmin digər aktual mövzuları üzrə müzakirə aparacaqlar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR