Rusiya XİN: ABŞ rusiyalılara viza verilməsini, demək olar ki, dayandırıb

Rusiya XİN: ABŞ rusiyalılara viza verilməsini, demək olar ki, dayandırıb
# 25 avqust 2021 22:30 (UTC +04:00)

ABŞ-ın Rusiyadakı səfirliyi “kadr çatışmazlığı”nı əsas gətirərək, viza verilməsini, demək olar ki, tamamilə dayandırıb. Rusiya XİN bununla əlaqədar təəssüfləndiyini bildirib.

APA xəbər verir ki, bu barədə məlumat Rusiya XİN-in saytında yer alıb.

“Bu qərar əslində konsulluq işçilərinin köməkçisi qismində yerli kadrlardan istifadəyə qadağa qoymuş hökumətə qarşı cavab addımı kimi yönəlib”, - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, bundan əvvəl ABŞ nümayəndəliyi Rusiyanın sanksiyalara cavab tədbirləri səbəbindən mayın 12-dən etibarən diplomatik səfərlər istisna olmaqla, qeyri-immiqrasiya vizalarının verilməsi üçün müraciətlərə baxılmayacağını elan etmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR