Rusiya XİN Bolqarıstan səfirliyinin əməkdaşını “persona non qrata” elan edib

Rusiya XİN

© APA | Rusiya XİN

# 26 may 2021 13:41 (UTC +04:00)

Rusiya Bolqarıstan səfirliyinin bir əməkdaşını “persona non qrata” elan edib.

APA-nın xəbərinə görə, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Bolqarıstanın Rusiyadakı səfiri A. Krıstin XİN-ə dəvət olunaraq bu barədə məlumatlandırılıb.

Qeyd olunub ki, bu, Bolqarıstan XİN-in aprel ayında Rusiya səfirliyinin əməkdaşı ilə bağlı oxşar qərarına cavabdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR