Rusiya XİN rəhbəri: “Əfqanıstandakı beynəlxalq terror qruplaşmaları kənardan idarə olunur”

Sergey Lavrov

© APA | Sergey Lavrov

# 27 oktyabr 2021 13:44 (UTC +04:00)

Əfqanıstan üzrə məsləhətləşmələrə dair “Moskva formatı”nın alternativi yoxdur.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Əfqanıstana qonşu ölkələrin XİN rəhbərlərinin Tehranda keçirilən iclasında çıxışı zamanı deyib.

O, Tehrandakı iclasa qatılan ölkələrin nümayəndələrinə Əfqanıstan üzrə məsləhətləşmələrə dair “Moskva formatı”nda fəal iştirak etdiklərinə görə təşəkkür edib.

Rusiya XİN rəhbərinin sözlərinə görə, “Moskva formatı” öz əhatə dairəsi və məhsuldarlığı baxımından eksklüziv və mübahisəsiz platformadır: “Son vaxtlar Moskva Əfqanıstanla bağlı müxtəlif regional və beynəlxalq forumların fəaliyyətinin aktivləşməsini qeydə alır. Onların bir-birini təkrarlamaması, əksinə bir-birinin işini təbii şəkildə tamamlaması vacibdir. Əminəm ki, bugünkü müzakirə Əfqanıstan xalqının çoxsaylı problemlərinin həlli istiqamətində birgə səylərimizə mühüm töhfə verəcək. Ölkədə, region və onun hüdudlarından kənarda sabitliyin və təhlükəsizliyin qorunmasına kömək edəcək”.

S. Lavrov Əfqanıstanda yerləşən beynəlxalq terror qruplaşmalarının kənardan manipulyasiya edildiyini vurğulayıb: “Aydındır ki, narkotiklərin istehsalı və qaçaqmalçılığı ilə Əfqanıstanda kök salmış və kənardan manipulyasiya edilən beynəlxalq terror qruplaşmalarına qarşı qətiyyətli mübarizə aparılmadan, xüsusilə qonşu dövlətlərlə normal xarici siyasət qurmaq mümkün olmayacaq. Bu, ilk növbədə dağıdıcı qüvvələrin hədəfindədir”.

O qeyd edib ki, Rusiya bununla bağlı sərəncamında olan bütün beynəlxalq və regional alətlərdən - BMT, ŞƏT, KTMT və digər çoxtərəfli strukturların resurslarından istifadə etməyi planlaşdırır: “Bu məqsədə yalnız Əfqanıstanın özündə normal həyat şəraiti yaratmaqla nail olmaq olar. Bu, gələcəkdə əfqanların tədricən öz vətənlərinə qayıtması üçün mühüm ilkin şərt olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR