Rusiya XİN: Rusiya həbsxanalarında 17 amerikalı var

Rusiya XİN: Rusiya həbsxanalarında 17 amerikalı var
# 18 iyun 2021 02:14 (UTC +04:00)

“Hazırda Rusiya həbsxanalarında 17 amerikalı var”.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Maria Zaxarova RTVI telekanalının efirində bildirib.

O bildirib ki, çərşənbə günü Cenevrədə Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Co Bayden arasında keçirilən görüşdə məhkumların mübadiləsi mövzusu da müzakirə edilib və bu sahədə kompromis tapılacaq: "Bizim həbsxanalarda amerikalılar var, dəqiq deyə bilərəm, 17 nəfər olmalıdır. Yalnız onlar eyni zamanda Rusiya vətəndaşlığına sahibdirlər”

M.Zaxarova eyni zamanda ABŞ həbsxanalarında 100-ə yaxın rusun olduğunu qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR