Rusiyada 17 yaşlı tələbə qız imtahan zamanı ölüb

Rusiyada 17 yaşlı tələbə qız imtahan zamanı ölüb
# 06 iyun 2021 06:11 (UTC +04:00)

Rusiyanda Pedaqoji İnstitutun 17 yaşlı tələbəsi imtahan zamanı vəfat edib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, hadisə institutun Stavropol Diyarındakı filialında qeydə alınıb.

Stavropolun qubernatoru Vladimir Vladimirov bununla bağlı instaqram səhifəsində paylaşım edib.

O, tələbənin ölümünün ​​ilkin məlumata görə, təbii səbəblərdən baş verdiyini qeyd edib. Əlavə edib ki, ölüm səbəbinin ətraflı müəyyənləşdirilməsi üçün lazımi tədbirlər görülür, vəziyyət nəzarət altındadır: “Tələbənin ailəsinə dərin hüznlə başsağlığı verirəm. Ailəsinə lazımi bütün yardımlar ediləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR