Rusiyada ağır yol qəzasında 3 qadın ölüb, 2 nəfər yaralanıb - VİDEO

Rusiyada ağır yol qəzasında 3 qadın ölüb, 2 nəfər yaralanıb - VİDEO
# 24 oktyabr 2021 22:16 (UTC +04:00)

Rusiyada “SCANIA” markalı yük maşını ilə “VAZ-2112” markalı minik avtomobili toqquşub.

APA “bashinform”a istinadən xəbər verir ki, hadisə günort saat 5 radələrində Başqırdıstan Respublikasının ərazisindən keçən M5 “Ural” magistralının 1335-ci kilometrliyində baş verib.

Dövlət Yol Hərəkəti Təhlükəsizliyi Müfəttişliyinin mətbuat xidmətindən bildirilib ki, qəza nəticəsində minik avtomobilində arxa oturacaqda əyləşən 58, 55 və 33 yaşlarında olan 3 qadın hadisə yerində dünyasını dəyişib.

35 yaşlı sürücü və 38 yaşlı qadın ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Yük maşınının sürücüsü xəsarət almayıb.

Hadisənin başvermə səbəbləri araşdırılır.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR