Rusiyada ağır yol qəzasında bir uşaq ölüb, 4 nəfər yaralanıb  

Rusiyada ağır yol qəzasında bir uşaq ölüb, 4 nəfər yaralanıb  
# 04 sentyabr 2021 06:10 (UTC +04:00)

Rusiyanın Başqırdıstan Respublikasının Ufa şəhəri yaxınlığında ağır yol qəzası baş verib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, “KİA” və “Subaru” avtomobillərinin toqquşması nəticəsində 2004 -cü il təvəllüdlü bir uşaq ölüb, dörd nəfər yaralanıb.

Hadisə Uqteevo və Minzitarovo qəsəbələri arasındakı qəsəbələrarası yolda qeydə alınıb.

Yaralılar Ufadakı xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR