Rusiyada ağır yol qəzasında ikisi azyaşlı olmaqla 3 nəfər ölüb, 3 nəfər yaralanıb

Rusiyada ağır yol qəzasında ikisi azyaşlı olmaqla 3 nəfər ölüb, 3 nəfər yaralanıb
# 24 iyul 2021 05:10 (UTC +04:00)

Rusiyanın Tuva Respublikasında 3 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

APA Respublikanın Daxili İşlər Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, ölənlərdən biri azyaşlıdır.

Hadisə Kızıl şəhərində baş verib. Yük maşını və “Honda” markalı minik avtomobili toqquşub. Hadisə nəticəsində bir azyaşlı olmaqla, üç nəfər yaralanıb.

İlkin məlumata görə, qəzaya səbəb yük maşınının əyləc sisteminin sıradan çıxması olub.

Qəzanın başvermə səbəbləri müəyyənləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR