Rusiyada ayı turist qrupuna hücum edib, 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb

Rusiyada ayı turist qrupuna hücum edib, 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb
# 22 iyun 2021 08:00 (UTC +04:00)

Rusiyanın Krasnoyarsk bölgəsində yerləşən “Erqaki” Milli Parkında ayı 13 nəfərdən ibarət turist qrupuna hücum edib.

APA xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional qərargahı məlumat yayıb.

Hadisə nəticəsində 2 nəfər xəsarət alıb, onlardan biri – 16 yaşlı yeniyetmə dünyasını dəyişib.

Turist qrupu dərhal marşrutdan çıxarılıb.

Federal İstintaq Komitəsinin regional idarəsində istintaq başladılıb.

Qeyd edək ki, "Erqaki" parkı Krasnoyarsk bölgəsinin cənubunda yerləşir. Sahəsi 342 min hektardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR