Rusiyada binadan atəş açaraq 2 nəfəri yaralayan şəxs saxlanılıb - YENİLƏNİB

Rusiyada binadan atəş açaraq 2 nəfəri yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
# 30 may 2021 22:08 (UTC +04:00)

Yekaterinburqda yaşayış binasının pəncərəsindən atəş açan şəxs polis tərəfindən saxlanılıb.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, saxlanılan şəxs həmin mənzilin kirayəşini olub.

Atəş nəticəsində Milli Qvardiyanın əməkdaşı və bir azyaşlı qız yaralanıb. Onlar xəstəxanaya yerləşdiriliblər. Səhiyyə Nazirliyinin Sverdlovsk vilayəti üzrə şöbəsindən verilən məlumata görə, uşağın vəziyyəti son dərəcə ağırdır, kişinin vəziyyəti isə orta-ağırdır. O, ayağından yaralanıb.

Faktla bağlı araşdırma aparılır.

***

21:49

Rusiyanın Yekaterinburq şəhərinin Himmaş rayonunda naməlum şəxs yaşadığı binanın 4-cü mərtəbəsindən yoldan keçənlərə atəş açıb.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, “Saiga” karabinindən açılan atəş nəticəsində iki nəfər yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR