Rusiyada bir ailənin dörd üzvü qətlə yetirilib

Rusiyada bir ailənin dörd üzvü qətlə yetirilib
# 31 may 2021 11:53 (UTC +04:00)

Moskva vilayətində bir ailənin dörd üzvü qətlə yetirilib.

APA-nın Moskva müxbirinin yerli KİV-ə istinadən verdiyi məlumata görə, hadisə Moskva ətrafında yerləşən Şolkovo rayonunda baş verib.

Rusiya İstintaq Komitəsinin Moskva vilayəti üzrə Baş idarəsinin rəisinin böyük köməkçisi Olqa Vradiy bildirib ki, Şolkovo rayonunda yerləşən çoxmərtəbəli binada yerləşən mənzildə dörd nəfərin meyiti tapılıb.

Onun sözlərinə görə, 40 yaşlı qadın, 17 və 11 yaşlı uşaqların meyitlərinin üzərində kəsilmiş-deşilmiş yaralar olub, 42 yaşlı kişinin meyitinin üzərində isə görünən zədələr aşkar olunmayıb.

Kişinin meyitinin yanında sirkə turşusu aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR