Rusiyada COVID-19-a gündəlik yoluxma sayı artır

Rusiyada COVID-19-a gündəlik yoluxma sayı artır
# 15 iyun 2021 12:19 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 14 185 nəfər (Əvvəlki sutka ərzində 13 721 nəfər) yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 5 238 593 nəfərə çatıb.

Son sutka ərzində 379 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 127 180 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan, Braziliya, Fransa və Türkiyədən sonra altıncı yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR