Rusiyada COVID-19-a qarşı peyvənd olunanların sayı 23 milyona çatıb

Rusiyada COVID-19-a qarşı peyvənd olunanların sayı 23 milyona çatıb
# 28 iyun 2021 17:30 (UTC +04:00)

Rusiyada yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı peyvənd olunanların sayı 23 milyona çatıb.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Rusiyanın səhiyyə naziri Mixail Muraşko bildirib.

“Bu gün artıq ölkədə koronavirusa qarşı vaksin olunanların sayı 23 milyon nəfərdir. Son günlər peyvənd olunanların sayı sürətlə artıb”, - deyə rusiyalı nazir vurğulayıb.

M. Muraşko “Sputnik V” vaksininin Avropa İttifaqında tətbiqinə icazənin alınması ilə bağlı işin qrafik əsasında getdiyini də qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR