Rusiyada COVID-19-a qarşı yeni peyvəndin klinik tədqiqatına başlanılıb

Rusiyada COVID-19-a qarşı yeni peyvəndin klinik tədqiqatına başlanılıb
# 27 sentyabr 2021 15:20 (UTC +04:00)

Rusiya Səhiyyə Nazirliyi tərəfindən ölkədə yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə yeni peyvəndin klinik tədqiqatına başlanılıb.

APA-nın Moskva müxbirinin xəbərinə görə, “Betuvaks-Kov-2” adlı vaksin “İnsan kök hüceyrə İnstitutu” kompaniyası tərəfindən hazırlanıb.

Vaksinin klinik tədqiqatında A. A. Smorodintsev Sankt-Peterburq Qrip Araşdırma İnstitutu, Eko-Təhlükəsizlik Tibbi Mərkəzi MMC və Perm Peşəkar Tibb Mərkəzi iştirak edəcək. 170 könüllünün iştirak edəcəyi klinik tədqiqatın birinci və ikinci fazaları bu il sentyabrın 27-dən gələn il avqustun 31-dək aparılacaq.

Qeyd edək ki, Rusiyada koronavirus əleyhinə artıq 5 vaksin qeydiyyatdan keçib. Bunlar “Sputnik V”, “EpivakKorona”, “Vektor”, “Kovivak” və “Sputnik layt” vaksinləridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR