Rusiyada COVID-19-a yoluxma və ölüm halında növbəti rekord qeydə alınıb

Rusiyada COVID-19-a yoluxma və ölüm halında növbəti rekord qeydə alınıb
# 22 oktyabr 2021 12:37 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 37 141 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 8 168 305 nəfərə çatıb.

Son sutka ərzində 1064 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 228 453 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Böyük Britaniya və Türkiyədən sonra dördüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR