Rusiyada COVID-19-dan ölənlərin sayı 153 mini keçib

Rusiyada COVID-19-dan ölənlərin sayı 153 mini keçib
# 24 iyul 2021 12:38 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 23 947 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, Rusiyada COVID-19-a yoluxanların sayı 6 102 469 nəfərə çatıb.

Son sutka ərzində 799 nəfərin koronavirusdan öldüyü bildirilib.

Ümumilikdə koronavirusdan ölənlərin sayı 153 095 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR