Rusiyada COVID-19-dan sutkalıq ölüm sayında yeni rekord qeydə alınıb

Rusiyada COVID-19-dan sutkalıq ölüm sayında yeni rekord qeydə alınıb
# 08 oktyabr 2021 12:51 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 27 246 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 7 717 356 nəfərə çatıb.

Pandemiya dövründə indiyə kimi koronavirusdan ən çox ölüm halı qeydə alınıb. Son sutka ərzində 936 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 214 485 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Böyük Britaniya, Hindistan, Türkiyə və Braziliyadan sonra altıncı yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR