Rusiyada daha 1069 nəfər koronavirusdan ölüb

Rusiyada daha 1069 nəfər koronavirusdan ölüb
# 25 oktyabr 2021 12:38 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 37 930 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 8 279 573 nəfərə çatıb.

Son sutka ərzində 1 069 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 231 669 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Böyük Britaniya, Türkiyədən sonra dördüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR