Rusiyada daha 21 379 nəfər COVID-19-a yoluxub, 828 nəfər ölüb

Rusiyada daha 21 379 nəfər COVID-19-a yoluxub, 828 nəfər ölüb
# 24 sentyabr 2021 13:01 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 21 379 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 7 376 374 nəfərə çatıb.

Son sutka ərzində 828 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 202 273 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Hindistan, İran, Böyük Britaniya, Braziliya, Malayziya və Türkiyədən sonra səkkizinci yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR