Rusiyada daha 7920 nəfər koronavirusa yoluxub

Rusiyada daha 7920 nəfər koronavirusa yoluxub
# 19 may 2021 12:02 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 7920 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların 4 965 676 nəfərə çatıb.

Son sutka ərzində 390 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 116 965 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan, Brazilya, Fransa və Türkiyədən sonra altıncı yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR