Rusiyada daha 895 nəfər COVID-19-dan ölüb

Rusiyada daha 895 nəfər COVID-19-dan ölüb
# 05 oktyabr 2021 12:36 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 25 110 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 7 637 427 nəfərə çatıb.

Rusiyada pandemiya dövründə indiyə kimi koronavirusdan ən çox ölüm halı qeydə alınıb. Belə ki, son sutka ərzində 895 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 211 696 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Böyük Britaniya, Hindistan, Türkiyə və Braziliyadan sonra altıncı yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR