Rusiyada daha 957 nəfər COVID-19-dan ölüb

Rusiyada daha 957 nəfər COVID-19-dan ölüb
# 11 oktyabr 2021 12:41 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 29 409 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 7 804 774 nəfərə çatıb.

Son sutka ərzində 957 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 217 372 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Böyük Britaniya, Hindistan, Türkiyə və Braziliyadan sonra altıncı yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR