Rusiyada dostunu yandıran 17 yaşlı yeniyetmə 2 il şərti həbs cəzasına məhkum edilib

Rusiyada dostunu yandıran 17 yaşlı yeniyetmə 2 il şərti həbs cəzasına məhkum edilib
# 21 oktyabr 2021 02:19 (UTC +04:00)

Rusiyada Ryazan vilayət məhkəməsi 13 yaşlı yeniyetməni benzin tökərək yandırmaqda təqsirli bilinən 17 yaşlı oğlana 2 il şərti həbs cəzasına məhkum edib.

APA xəbər verir ki, bu barədə vilayətin İstintaq Komitəsi məlumat yayıb.

Yeniyetmə məhkəmədə bunun bədbəxt hadisə olduğunu deyərək günahını qismən etiraf edib.

Xatırladaq ki, hadisə 2020-ci ilin aprel ayında Skopinski rayonunun Pavelets stansiyası ərazisində baş verib. Təqsirləndirilən şəxs sərxoş halda dostu ilə mübahisə edib, onun üzərinə benzin tökərək yandırıb. Nəticədə oğlanın bədən səthinin 33 %-i yanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR