Rusiyada əməliyyat zamanı 2 yaşlı uşağın klinik ölümü ilə bağlı cinayət işi açılıb

Rusiyada əməliyyat zamanı 2 yaşlı uşağın klinik ölümü ilə bağlı cinayət işi açılıb
# 21 may 2021 07:15 (UTC +04:00)

Rusiyanın Sankt-Peterburq şəhərinin Vıborqski rayonunda “LUXmed” özəl klinikasında əməliyyat zamanı 2018-ci il təvəllüdlü uşaq klinik ölümlə üzləşib.

APA RİA-Novosti-yə istinadən xəbər verir ki, hadisə ilə bağlı Rusiya İstintaq Komitəsinin Sankt-Peterburq istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 118-ci maddəsinin 2-ci hissəsinə (səhlənkarlıq üzündən ağır bədən xəsarətinə səbəb olan) müvafiq olaraq cinayət işi aşılıb.

Qeyd edək ki, əməliyyatı 1992-ci il təvəllüdlü Özbəkistan vətəndaşı keçirib. Əməliyyat zamanı özünü həkim kimi təqdim edən şübhəli 2 yaşlı uşağa "lidokoin" iynəsi vurub. Bundan sonra uşaq klinik ölüm keçirib. 4 dəqiqədən sonra qan dövranının dayandığı bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR