Rusiyada evin yanması nəticəsində 3 nəfər ölüb

Rusiyada evin yanması nəticəsində 3 nəfər ölüb
# 13 iyun 2021 05:35 (UTC +04:00)

Rusiyanın Yakutsk şəhərində fərdi yaşayış evinin yanması nəticəsində 3 nəfər ölüb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə baş idarəsindən bildirilib.

Məlumata görə, Yakutskda evdə baş verən yanğının söndürülməsindən sonra içəridə üç nəfərin qalıqları aşkarlanıb.

“Evdə 4 nəfərin olduğu ehtimal edilirdi. 3 nəfərin qalıqları aşkar edildi, hadisə yerinin yoxlanılması davam edir”, - deyə nazirliyin məlumatında deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR